• cümə, 29 Mart, 00:01
  • Baku Bakı 7°C

Tbilisiyə gedəndə onlarla görüşməyə çalışacağam - Qurban Qurbanov

12.07.17 10:17 1008
Tbilisiyə gedəndə onlarla görüşməyə çalışacağam - Qurban Qurbanov
Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda evdə "Samtredia”nı 5:0 hesabı ilə məğlub edən "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Kaspi.az xəbər verir ki, Qurbanov öncə oyunla bağlı fikirlərini bildirib:
- Çox istəkli və aqressiv bir komandaya qarşı oynadıq. Rəqib topla daha yaxşı oynayırdı. Hesab 0:2, 0:3, 0:4 olsa da, təslim olmaq istəmirdilər. Bir az əvvəl öyrəndim ki, baş məşqçiləri deyib ki, hələ şansımız var. Bundan sonra bu komandaya hörmətim bir az da artdı. Cavab oyununda ehtiyatlı olmalıyıq. Çətin oyun oldu. Futbolçular xarakter nümayiş etdirdilər, bir dəqiqə də olsun meydanda özlərini rahat hiss etmədilər. Azarkeşlər də bu gün möhtəşəm idilər. 5-6 gün vaxtımız var. Cavab oyunundan öncə səhvlərimizi nəzərdən keçirib, onları aradan qaldırmağa çalışacağıq. Avrokuboklarda istənilən hesab qeydə alına bilər.
- Yeni transferlərdən razı qaldınız?
- Hər ikisi təcrübəli futbolçudur. Ancaq onların oyununa bir oyunla qiymət vermək olmaz. Onların oyun intizamından razı qaldım. Nə cür danışmışdıqsa, elə də oynadılar. Onlar meydana çıxandan sonra komandanın sistemi pozulmadı. Hər ikisi peşəkar futbolçudur.
- Rəşadın vəziyyəti necədir?
- Onun vəziyyətinə sabah, ya da bir-iki günə tam aydınlıq gələcək. Dizində problem var. Ümid edirəm ki, ciddi bir şey yoxdur.
- Bu mövsüm Çempionlar Liqasında maksimum hədəfiniz nədir?
- İştirak etdiyimiz hər bir turnirdə maksimum irəliləmək istəyirik. Futbolçularımızın təcrübəsi var. ÇL çox ciddi turnirdir. Burada zəif komanda olmur. Hər komanda öz ölkəsinin çempionudur. Oyunlarda istənilən nəticə qeydə alına bilər. Qrupa düşmək üçün çalışacağıq.
- Futbolçu olduğunuz zaman, 26 il öncə Gürcüstanda, "Mertsxali” komandasında çıxış edibsiniz. Bu ölkəyə gedəndə, əvvəlki komanda yoldaşlarınızla görüşəcəksiniz?
- Əfsuslar olsun ki, həmin komandada heç kim yadımda qalmayıb. Üzərindən 26 il keçib. Ancaq bu sözlərdən sonra onları yada salmağa, Tbilisiyə gedəndə onlarla görüşməyə çalışacağam.
banner

Oxşar Xəbərlər