AZE | RUS | ENG |

Tbilisidə “Son iclas” bədii-sənədli filminin təqdimatı olub

Tbilisidə “Son iclas” bədii-sənədli filminin təqdimatı olub
Tbilisi şəhərində Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın baş prodüseri olduğu Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr edilmiş "Son iclas” bədii-sənədli filminin təqdimatı keçirilib.

Filmdə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ən fəal rəhbərlərinin yaxından iştirakı ilə əzab-əziyyət, mübarizələr sayəsində əldə olunan müstəqilliklə bağlı respublikanın son dövrlərində verilən çətin qərarlardan bəhs edilir.

Tədbir Azərbaycanın Gürcüstandakı səfirliyinin və SOCAR-ın bu ölkədəki nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Amiran” kinoteatrında reallaşıb.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxış edərək AXC-nin yaranma zərurətindən, xalqımızın dövlətçilik tarixindəki rolundan danışıb. Bildirib ki, cəmi 23 ay yaşamasına baxmayaraq, AXC Şərqin ilk və ən demokratik respublikasına çevrilə bilib və bu respublika Azərbaycan xalqının milli qürur mənbələrindən biridir.

D.Həsənov Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Gürcüstanda keçirilmiş sərgi, rəsmi qəbul, konfrans və digər silsilə tədbirlər barədə də məlumat verib. Deyib ki, bu gün "Son iclas” filminin nümayişi AXC-nin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərdəndir. Filmdə Cümhuriyyətin son günlərində baş verən hadisələrdən bəhs olunur və hökumətin son qərarını hansı çətin şəraitdə verdiyi əks etdirilir.

Daha sonra "Son iclas” filmi ingilis dilində gürcücə subtitrlərlə nümayiş etdirilib. Tamaşaçılar arasında Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşları, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, azərbaycanlı və gürcü ziyalılar, gənclər və tələbələr olublar. Film izləyicilər tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Ekran əsərinə tamaşa edən gürcü politoloq Tengiz Txilava jurnalistlərə müsahibəsində filmin yüksək peşəkarlıqla hazırlandığını deyib. Bildirib ki, film onda çox güclü təəssürat yaradıb.

Politoloq deyib: "Ekran əsərinə sona qədər demək olar ki, bir nəfəsə tamaşa etdim. Çox emosionallıqla hazırlanan bu ekran əsəri maraqlı faktlarla zəngindir. Təəssüf ki, Gürcüstanda ilk respublikanın yaradılmasının 100 iliyinə həsr olunmuş belə film hazırlanmayıb”.

Qeyd edək ki, film bundan əvvəl Antalyada nümayiş olunub.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9052
GEL 1 1 Gürcüstan larisi 0.6115
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1644
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1782
CHF 1 1 İsveçrə frankı 1.6952
KWD 1 1 Küveyt dinarı 5.5881
TRY 1 1 Türkiyə lirəsi 0.2794