• çərşənbə, 24 Aprel, 20:57
  • Baku Bakı 23°C

Tbilisidə “Şərq tərəfdaşlığı” sammitinin yekunları müzakirə olunub

03.12.17 16:30 3221
Tbilisidə “Şərq tərəfdaşlığı” sammitinin yekunları müzakirə olunub
Gürcüstanın paytaxtı Tbilisi şəhərində Avropa İttifaqının "Şərq tərəfdaşlığı” proqramına üzv ölkələrin parlament nümayəndələrinin işçi görüşü keçirilib.
APA-nın yerli bürosunun məlumatına əsasən, görüşdə Gürcüstan, Azərbaycan, Belarus, Moldova, Ermənistan və Ukrayna parlamentlərinin komitə sədrləri, Baltikyanı ölkələrin rəsmi nümayəndələri noyabrın 24-də Brüsseldə keçirilmiş "Şərq tərəfdaşlığı” sammitinin nəticələrini qiymətləndirib və gələcək planları müzakirə ediblər.
Görüş Latviya seymi və bu ölkənin Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə baş tutub. Azərbaycanı tədbirdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədriSəməd Seyidovtəmsil edib.
Qeyd edək ki, sabah Tbilisidə "Avropa İttifaqıvə tərəfdaşları: daha güclü birlik naminə müxtəlifliyin əhatə olunması” mövzusunda beynəlxalq parlament konfransı keçiriləcək. Tədbirdə Avropa İttifaqına üzv ölkələr arasında əməkdaşlığın inkişafı, inteqrasiya proseslərinin gücləndirilməsi, bu sahədə parlamentlərin rolu və digər məsələlər müzakirə olunacaq.
banner

Oxşar Xəbərlər