Tbilisidə sayca 25-ci etiraz aksiyası keçirilir

Tbilisidə sayca 25-ci etiraz aksiyası keçirilir

Təfsilat
14 İyul 2019, 23:49 14472
Tbilisidə, Gürcüstan parlamentinin binası önündə ölkənin daxili işlər naziri Giorgi Qaxarianın istefası tələbi ilə növbəti aksiya keçirilir.
"Report"un yerli bürosu xəbər verir ki, sayca 25-ci aksiyadan öncə əl işlərinin sərgi-satışı təşkil olunub.
Sərgi-satışdan əldə olunan gəlirin 20%-i aksiyanın təşkilat qrupuna təqdim olunacaq.
Təşkilatçılar mübarizələrini sona qədər aparacaqlarını və DİN rəhbəri istefa verənə qədər aksiyaları dayandırmayacaqlarını bildiriblər.