AZE | RUS | ENG |

Tbilisidə “Qafqaz bölgəsində regional enerji təhlükəsizliyi” mövzusunda simpozium keçirilib

Tbilisidə “Qafqaz bölgəsində regional enerji təhlükəsizliyi” mövzusunda simpozium keçirilib
Tbilisidə "Qafqaz bölgəsində regional enerji təhlükəsizliyi” mövzusunda simpozium keçirilib.
 
AZƏRTAC Gürcüstan Xarici İşlər Nazirliyinə (XİN) istinadla xəbər verir ki, tədbir "Naval Postgraduate School’s Energy academic Group” və NATO-nun Enerji Təhlükəsizliyi Mərkəzinin maliyyə dəstəyi ilə nazirliyin Levan Mikeladze adına Diplomatik Təhsil və Araşdırma İnstitutunda təşkil edilib.
 
Simpoziumun əsas məqsədi regional enerji təhlükəsizliyinin, regional koordinasiya və əməkdaşlığın, eləcə də, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsidir.
 
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natiya Turnava açılış mərasimində çıxış edərək ölkəsinin əsas energetika planları və enerji təhlükəsizliyindəki rolu barədə danışıb.
 
Simpoziumda iştirak edən Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov ölkəmizin regional və Avropanın enerji təhlükəsizliyindəki rolu, Azərbaycanın təşəbbüsü və birbaşa iştirakı ilə regionda həyata keçirilən qlobal əhəmiyyətli layihələr barədə məlumat verib.
 
Tədbirdə Türkiyənin Gürcüstandakı səfiri Ftama Ceren Yazqan, ABŞ-ın Gürcüstandakı səfiri səlahiyyətlərini icra edən Ross Uilson, digər diplomatlar və energetika sahəsi üzrə mütəxəssislər iştirak ediblər.
 
İştirakçılar toplantı çərçivəsində NATO-nun enerji təhlükəsizliyindəki rolu, kibertəhlükəsizlik, böyük əhəmiyyət kəsb edən enerji infrastrukturunun mühafizəsi, geosiyasət və energetika, enerji infrastrukturunun xüsusilə vacib sahələrinin müdafiəsi və digər mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8962
GEL 1 1 Gürcüstan larisi 0.6199
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1648
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.6798
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.2805