• cümə axşamı, 25 aprel, 09:22
  • Baku Bakı 14°C

Tbilisidə kibertəhlükəsizlik mövzusunda beynəlxalq seminar keçirilir

11.06.19 12:30 353
Tbilisidə kibertəhlükəsizlik mövzusunda beynəlxalq seminar keçirilir
İyunun 10-da Tbilisidə ilk dəfə olaraq "Şərq tərəfdaşlığı ölkələrində kibertəhlükəsizlik” mövzusunda seminar işə başlayıb.
AZƏRTACGürcüstanın Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, seminar kibertəhlükələrə qarşı mübarizə, kibertəhlükəsizliyin gücləndirilməsi və bu barədə məlumatlılığın artırılması mövzularına həsr olunub.
İki gün davam edəcək tədbirdə Gürcüstan ilə yanaşı, Azərbaycan, Ermənistan, Belarus, Moldova, Ukrayna və Litvadan olan nümayəndələr kibertəhlükəsizlik sahəsində təcrübələrini bölüşəcək və müzakirələr aparacaqlar.
Seminar Gürcüstanın Müdafiə Nazirliyinin Kibertəhlükəsizlik bürosu, Litva Respublikasının və Avropa İttifaqının Xarici əlaqələr xidmətinin birgə təşkilatçılığı ilə reallaşıb.
Qeyd edək ki, kibertəhlükəsizlik mövzusunda seminar Gürcüstanda ilk dəfədir keçirilir. Gürcüstanın müdafiə naziri Levan İzorianın qərarı ilə 2019-cu il ölkənin Müdafiə Qüvvələrində "Kibertəhlükəsizlik ili” elan olunub.
banner

Oxşar Xəbərlər