AZE | RUS | ENG |

Tbilisidə kibertəhlükəsizlik mövzusunda beynəlxalq seminar keçirilir

Tbilisidə kibertəhlükəsizlik mövzusunda beynəlxalq seminar keçirilir
İyunun 10-da Tbilisidə ilk dəfə olaraq "Şərq tərəfdaşlığı ölkələrində kibertəhlükəsizlik” mövzusunda seminar işə başlayıb.
AZƏRTAC Gürcüstanın Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, seminar kibertəhlükələrə qarşı mübarizə, kibertəhlükəsizliyin gücləndirilməsi və bu barədə məlumatlılığın artırılması mövzularına həsr olunub.
İki gün davam edəcək tədbirdə Gürcüstan ilə yanaşı, Azərbaycan, Ermənistan, Belarus, Moldova, Ukrayna və Litvadan olan nümayəndələr kibertəhlükəsizlik sahəsində təcrübələrini bölüşəcək və müzakirələr aparacaqlar.
Seminar Gürcüstanın Müdafiə Nazirliyinin Kibertəhlükəsizlik bürosu, Litva Respublikasının və Avropa İttifaqının Xarici əlaqələr xidmətinin birgə təşkilatçılığı ilə reallaşıb.
Qeyd edək ki, kibertəhlükəsizlik mövzusunda seminar Gürcüstanda ilk dəfədir keçirilir. Gürcüstanın müdafiə naziri Levan İzorianın qərarı ilə 2019-cu il ölkənin Müdafiə Qüvvələrində "Kibertəhlükəsizlik ili” elan olunub.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8739
GEL 1 1 Gürcüstan larisi 0.5724
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1224
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1753
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.5963
TRY 1 1 Türkiyə lirəsi 0.2962