• çərşənbə, 24 Aprel, 12:50
  • Baku Bakı 27°C

Tbilisidə Həsən bəy Zərdabi haqqında romanın təqdimatı olacaq

26.03.17 17:35 887
Tbilisidə Həsən bəy Zərdabi haqqında romanın təqdimatı olacaq
Tbilisidə filologiya üzrə fəlsəfə doktoru, yazıçıSona Vəliyevanın milli mətbuatımızın banisi, görkəmli ziyalı, maarifçi və publisist Həsən bəy Zərdabinin ömür yoluna həsr olunmuş "İşığa gedən yol” romanının təqdimatı olacaq.
Bu barədə "Report”un Gürcüstan bürosuna müsahibəsində tədbirin təşkilatçısı Jurnalist Qadınlar Assosiasiyasının (JQA) sədri Sevil Yusifova məlumat verib.
"Müxtəlif mənbələrdə Həsən bəy Zərdabi haqqında məqalələrə rast gəlmişik, ancaq onun haqqında belə ətraflı, onun ömrünü tam əks etdirən əsərə rast gəlməmişik. Milli mətbuatımızın banisinin ömür yolu kitabda çox geniş şəkildə təsvir olunub”, deyə S.Yusifova bildirib.
O deyib ki, Sona Vəliyeva tarixi şəxsiyyətimiz barədə çox gözəl bir əsər ortaya qoyub. Kitabda Zərdabinin ömür yolu ilə yanaşı, Azərbaycanın həmin dövrdəki tarixi də bədii şəkildə çox peşəkarlıqla əks olunur. Kitabın dili çox sadə və rəvandır, oxucular rahatlıqla hadisələri başa düşürlər. Bu kitab tələbələrimiz, tarixçilərimiz üçün də gözəl bir mənbədir.
"Kitabın Gürcüstanda təqdimatının keçirilməsində məqsəd buradakı soydaşlarımıza da Həsən bəy Zərdabi haqqında ətraflı məlumat verməkdir. Kitabın gürcü dilinə tərcümə olunması da nəzərdə tutulub” – deyə, Yusifova vurğulayıb.
banner

Oxşar Xəbərlər