• çərşənbə axşamı, 23 aprel, 22:02
  • Baku Bakı 20°C

Tbilisidə Ermənistan səfirliyi qarşısında Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələbi ilə aksiya keçirilib

16.11.17 14:40 912
Tbilisidə Ermənistan səfirliyi qarşısında Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələbi ilə aksiya keçirilib
Ermənistanın Gürcüstandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib.
APA-nın yerli bürosunun xəbərinə görə, tədbir metronun Marcanişvili stansiyası qarşısından yürüşlə başlayıb. Aksiyada Azərbaycanın işğal olunmuşKəlbəcərrayonunda girov götürülmüş və separatçı Dağlıq Qarabağ rejiminin qeyri-qanuni məhkəməsi tərəfindən azadlıqdan məhrum edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələb olunub.
"Azərbaycanlı girovlara azadlıq!”, "Ermənistanın işğalına son!" şüarları altında keçirilən tədbirə azərbaycanlıların yerli təşkilatlarının nümayəndələri, azərbaycanlı fəal gənclər və tələbələr qatılıb.
Aksiyada iştirak edən D. Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib ki, artıq 4 ildir azərbaycanlı girovlar qanunsuz olaraq erməni girovluğunda saxlanılır. O qeyd edib ki, aksiyanın keçirilməsində məqsəd dünya ictimaiyyətini azərbaycanlı girovların taleyinə biganə qalmamağa çağırmaqdır.
Aksiyaya dəstək olan Rusiya vətəndaşı Svetlana Şaqayeva Rusiya prezidenti Vladimir Putini Ermənistan girovluğunda olan azərbaycanlıların azad olunmasında vasitəçilik etməyə çağırıb: "Rusiya vətəndaşının Ermənistanda 4 ilə yaxın girovluqda saxlanılması qanunsuzdur. Belə çıxır ki, Ermənistan Rusiyaya qarşıdır. Sarkisyan öz xalqının düşmənidir. Ermənistanda yalnız yaşlılar və uşaqlar qalıb, iqtisadi vəziyyət acınacaqlıdır. Ermənistan əhalisinin yarıdan çoxu Rusiyada işləyir və ailələrini saxlayırlar".
S. Şaqayeva yaşlı insanların qanunsuz həbsdə saxlanılmasını insanlığa sığmayan hal adlandırıb: "Onlar azadlığa buraxılmalı və doğmalarına qovuşmalıdırlar".
Tbilisi meriyası ilə razılaşdırılmış aksiya zamanı heç bir insident olmayıb.
banner

Oxşar Xəbərlər