• cümə, 19 Aprel, 18:34
  • Baku Bakı 24°C

Tbilisidə Bülbülün xatirəsi anılıb

23.06.19 10:58 719
Tbilisidə Bülbülün xatirəsi anılıb
Tbilisidə Azərbaycanın opera müğənnisi, peşəkar vokal sənətinin banisi, SSRİ Xalq artisti Bülbülün xatirəsi anılıb.
AZƏRTACxəbər verir ki, Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi bu münasibətlə anım tədbiri təşkil edib.
Tədbir iştirakçıları əvvəlcə dahi sənətkar Bülbülün Tbilisinin mərkəzi Qorqosali küçəsində, Kür çayının sahilindəki büstü önünə əklil qoyub, xatirəsini ehtiramla yad ediblər.
Muzeydə davam etdirilən tədbirdə Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva dahi sənətkar Bülbülün anadan olmasının 122-ci ildönümünün geniş qeyd edildiyini bildirib. O, SSRİ Xalq artistinin yaradıcılığından danışıb.
Sonra gənc musiqiçilər Ramin və Rasim Pirməmmədov qardaşları tarda və pianoda Bülbülün əsərlərini, eləcə də Azərbaycanın xalq musiqi və mahnılarını ifa ediblər.

banner

Oxşar Xəbərlər