• cümə axşamı, 28 mart, 22:33
  • Baku Bakı 13°C

Tbilisidə BTQ dəmir yolunun əhəmiyyətindən danışılıb

23.05.18 09:45 505
Tbilisidə BTQ dəmir yolunun əhəmiyyətindən danışılıb
Gürcüstan paytaxtında "Tbilisinin inkişafı iqtisadi mərkəz kimi” mövzusunda konfrans keçirilib.
AZƏRTACxəbər verir ki, konfransda regionda həyata keçirilən layihələr, xüsusən də Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti qeyd olunub.
Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin nəqliyyat və logistika departamentinin rəis müavini David Cavaxadze Tbilisi, Kutaisi və ölkənin digər iri şəhərlərində yaradılan və yaradılması nəzərdə tutulan logistik mərkəzlər, avtovağzal, aeroport kompleksləri, habelə Anakli dəniz limanının tikintisi barədə məlumat verib.
Bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi və bir sıra inkişaf etmiş ölkələrin Böyük İpək Yoluna qoşulması Gürcüstanda yol infrastrukturunun yenilənməsinə və logistik mərkəzlərin yaradılmasına təkan verib. İrimiqyaslı enerji, nəqliyyat layihələri Gürcüstanın inkişafında mühüm rol oynayır.
"Bakı-Tbilisi-Qars dəmir yoluna marağın artması, Çindən Avropaya qədər uzanan İpək Yolunun bərpası bizə yeni infrastruktur layihələrini həyata keçirməyə imkan verir. Biz qonşu ölkələrlə birgə yeni layihələr hazırlayırıq”, - deyə D.Cavaxadze vurğulayıb.
Onun sözlərinə görə, Gürcüstan magistral yolların yenidən qurulması istiqamətində də mühüm işlər görür. Bunun üçün xarici investisiyalara ehtiyac var.
banner

Oxşar Xəbərlər