• cümə, 29 Mart, 01:56
  • Baku Bakı 7°C

Tbilisidə Azərbaycanın Milli Qurtuluş günü qeyd olunub

15.06.18 12:47 549
Tbilisidə Azərbaycanın Milli Qurtuluş günü qeyd olunub
Azərbaycanın Gürcüstandakı səfirliyində Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, tədbir iştirakçıları öncə Tbilisidə Heydər Əliyev adına parkda ümummilli liderin büstünü ziyarət edərək önünə gül dəstələri qoyublar.

Tədbir Milli Qurtuluş günü haqqında video çarxın nümayiş etdirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Milli Qurtuluş gününün tarixi əhəmiyyətindən danışıb: "Həmin dövrdə ümummilli lider Heydər Əliyev milli dövlətçilik konsepsiyasını yaratdı və ən qısa müddətdə ölkədə sabitlik bərpa olundu, xaosa son qoyuldu. Azərbaycan dünyəvi və demokratik dövlət kimi inkişaf etməyə başladı".

Səfir H. Əliyevin Azərbaycan-Gürcüstan münasibərlərinin inkişafındakı rolundan da söz açıb.

Tədbirdə Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədriFuad Muradov, Gürcüstan parlamentinin azərbaycanlı deputatları, gürcü ekspertlər, ziyalılar, azərbaycanlı iş adamları və gənclər iştirak edib.
banner

Oxşar Xəbərlər