• cümə axşamı, 25 aprel, 16:01
  • Baku Bakı 23°C

Tbilisidə “Azerbaijan.Travel” qonaq mərkəzinin açılması mühüm hadisədir

05.10.19 10:37 528
Tbilisidə “Azerbaijan.Travel” qonaq mərkəzinin açılması mühüm hadisədir
Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan Turizm Bürosunun "Azerbaijan.Travel" qonaq mərkəzinin açılması çox mühüm hadisədir.
Bu sözləriAZƏRTAC-a müsahibəsində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
F.Nağıyev bildirib ki, "Azerbijan.Travel” qonaq mərkəzi Gürcüstanda Azərbaycanın turizm imkanlarının təbliği və bu ölkənin turizm potensialından istifadə baxımından da önəmli rol oynayacaq.
Onun sözlərinə görə, Gürcüstana il ərzində 6 milyondan çox əcnəbi turist gəlir. Azərbaycana gələn turistlərin 22 faizini Gürcüstan vətəndaşları təşkil edir. "Biz Tbilisidə belə bir mərkəz açmaqla həm Gürcüstan ilə turizm sahəsində əməkdaşlığımızı genişləndirəcəyik, həm də ölkəmizə turist axınını gücləndirəcəyik”, - deyə F.Nağıyev vurğulayıb.
banner

Oxşar Xəbərlər