• cümə, 29 Mart, 19:57
  • Baku Bakı 14°C

Tbilisidə antiterror əməliyyatı davam etdirilir

22.11.17 12:20 1403
Tbilisidə antiterror əməliyyatı davam etdirilir
Tbilisidə İsani rayonunun Qabriel Salos küçəsində gecə saatlarında başlayan antiterror əməliyyatı davam edir.
APA-nın yerli bürosunun məlumatına görə, indiyə qədər hadisə yerində atışma və partlayış səsləri eşidilir. Xüsusi əməliyyat adıçəkilən küçədə yerləşən yaşayış binasında terror təşkilatları ilə əməkdaşlıqda şübhəli bilinən iki xarici vətəndaşın saxlanılması istiqamətində aparılır. Sakinlər yaşayış binasından təxliyə edilir. Hadisə yerinə əlavə polis qüvvələri, təcili tibbi yardım və yanğınsöndürmə briqadaları cəlb olunub.
Antiterror əməliyyatı ilə əlaqədar olaraq Qabriel Salos küçəsində yerləşən 97 saylı məktəbdə dərslər ləğv olunub. Eyni küçədəki 46 saylı yaşayış binasının aşağı mərtəbələrində isə yanğın baş verib. Hazırda binadan ətrafa qatı tüstü yayılır. Yerli sakinlər təşviş içində binanı tərk edirlər. Bina sakinlərinin sözlərinə görə, xüsusi əməliyyatın keçirildiyi mənzildə Çeçenistandan olan ailə yaşayıb. Hadisə şahidlərinin bildirdiyinə görə, terrorizmdə şübhəli bilinən şəxslər əl qumbaraları atıblar. Əməliyyat zamanı xüsusi təyinatlının yaralandığı bildirilir.
Antiterror əməliyyatı ilə bağlı Gürcüstan hökumətinin xüsusi iclasının keçirildiyi barədə məlumat yayılıb.
banner

Oxşar Xəbərlər