• cümə, 26 Aprel, 08:53
  • Baku Bakı 12°C

Tbilisi sakinlərinin 92%-i Gürcüstanın iqtisadi böhranda olduğunu düşünür

23.06.17 17:29 922
Tbilisi sakinlərinin 92%-i Gürcüstanın iqtisadi böhranda olduğunu düşünür
Tbilisi sakinlərinin 92%-i Gürcüstanda iqtisadi böhranının olduğu qənaətindədir. "APA-Economics" xəbər verir ki, bu barədə AST sosioloji şirkətinin keçirdiyi sorğunun nəticələrində qeyd edilib.
Paytaxt sakinlərinin 85%-i ölkə üçün əsas təhlükəni miqrasiyada, 85%-i ekoloji durumda, 85%-i demoqrafik böhranda, 84%-i torpaqların işğalında, 83%-i isə təbii fəlakətlərdə görür.
Respondentlərin cəmi 37%-i "Gürcüstan üçün əsas təhlükəni nədə görürsünüz" sualına "terrorizmdə" cavabını verib.
banner

Oxşar Xəbərlər