• cümə, 19 Aprel, 09:44
  • Baku Bakı 13°C

Tbilisi prospektinin bir hissəsi bağlandı

08.07.13 09:12 1299
Tbilisi prospektinin bir hissəsi bağlandı
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, Tbilisi prospektinin cənub istiqamətinə Abdulvahab Salamzadə küçəsi ilə kəsişməsindən Akademik Şəfaət Mehdiyev küçəsi ilə kəsişməyə qədər olan hissəsində (Nəqliyyat Nazirliyinin inzibati binasının qarşısı) təmir tikinti işləri ilə əlaqədar olaraq yol bağlıdır. Sürücülərin alternativ olaraq Həsən bəy Zərdabi və Abbas Mirzə Şərifzadə küçələrindən istifadə etmələri xahiş olunur.
Məlumat üçün qeyd edək ki, hazırda həmin ərazidə böyük tıxac yaranıb.
banner

Oxşar Xəbərlər