• cümə, 19 Aprel, 11:11
  • Baku Bakı 13°C

Tbilisi prospekti yarım saata açılacaq

01.08.13 08:54 1163
Tbilisi prospekti yarım saata açılacaq
Bu barədə «APA-Economics»ə Nəqliyyat Nazirliyi «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
Onun sözlərinə görə, Tbilisi prospektində «20 Yanvar» metro stansiyasından Salamzadə küçəsi ilə kəsişməsinədək olan hissəsi yeni asfalt örtüyünün çəkilişi ilə əlaqədar bağlanılmışdır: «Artıq avtomobil hərəkəti üçün məhdudlaşdırılan yol hissəsində bütün işlər başa çatdırılıb və yaxın yarım saat ərzində yol açılacaq».
P.Mürsəliyev onu da bildirib ki, sözügedən yol hissəsində köhnə asfalt-beton örtüyü qaşınıb və yenisi ilə (ikiqat) əvəz olunub, kommunikasiya quyularının qapaqları dəyişdirilib və artıq yolda xətlənmə işləri də başa çatdırılıb.
banner

Oxşar Xəbərlər