AZE | RUS | ENG |

Tbilisi meriyası tikinti şirkətlərini 34 milyon lari cərimələyib

Tbilisi meriyası tikinti şirkətlərini 34 milyon lari cərimələyib
Tikinti qaydalarını, norma və standartlarını, habelə təhlükəsizlik qaydalarını pozduğuna görə il ərzində Gürcüstandakı tikinti şirkətləri 34 milyon GEL (təqribən 12,5 milyon dollar) məbləğində cərimə olunublar.
 
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Tbilisi şəhər merinin müavini İrakli Xmaladze məlumat verib.
 
Onun sözlərinə görə, artıq bir ilə yaxındır ki, meriya şəhərdə həyata keçirilən irimiqyaslı tikinti sahələrində yeni qanunvericilik əsasında monitorinq aparır. Məqsəd tikinti sahəsində təhlükəsizlik qaydalarına əməl edilməsinə nail olmaq, eyni zamanda, tikinti meydançalarında işçilərin ölməsinin və əlil olmasının qarşısını almaqdır.
İ.Xamladze deyib: "Təbii ki, meriyanın bu addımı tikinti şirkətlərinə təzyiq kimi də qiymətləndirilir. Amma bizim hamımızı bir məqsəd birləşdirir. İnsanlar tikinti meydançasından ölməsinlər”.
 
Meriyada cərimə olunanlar arasında Azərbaycan şirkətlərinin olduğunu etiraf etsələr də, konkret ad çəkməyiblər.
Gürcüstan Həmkarlar İttifaqları Birliyinin məlumatına görə, 2018-ci ildə tikinti meydançalarında 39 nəfər ölüb, 37 fəhlə isə ağır xəsarətlər alıb.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9142
GEL 1 1 Gürcüstan larisi 0.5927
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1315
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1824
CHF 1 1 İsveçrə frankı 1.7288
KWD 1 1 Küveyt dinarı 5.5896
TRY 1 1 Türkiyə lirəsi 0.3019