• şənbə, 20 Aprel, 01:36
  • Baku Bakı 15°C

Tatuya görə yığmadan qovulmasını tələb edirlər

29.05.18 13:20 718
Tatuya görə yığmadan qovulmasını tələb edirlər
İngiltərə yığmasının futbolçusu Rahim Sterlinqin bədəninə döydürdüyü tatu etiraza səbəb olub.
Kaspi.az xəbər verir ki, Sterlinq ayağına M-16 silahını döydürüb. Bu da "Analar silaha qarşı” təşkilatının etirazına səbəb olub.
Təşkilat Rahimin yığmadan qovulmasını tələb edir. Təşkilatın 63 yaşlı sədri, oğlu güllələnmiş Lyusi Koup məsələ ilə bağlı açıqlama verib:
"Sterlinq buna görə utanmalıdır. Bu tatu qorxuncdu, sadəcə, biabırçılıqdı. Bu, odlu silahla qətlə yetirilmiş gənclərin ruhuna qarşı hörmətsizlikdi.
Biz tələb edirik ki, o, tatunu ya lazer vasitəsilə silsin, ya da üzərinə başqa bir şəkil əlavə etsin. Əgər bundan imtina edəcəksə, onda onu İngiltərə yığmasından qovmaq lazımdı. O, nümunə olmaq əvəzinə, silahı reklam edir”.
banner

Oxşar Xəbərlər