• şənbə, 27 Aprel, 06:03
  • Baku Bakı 12°C

Tatarlar Krımı tərk edir

11.03.14 11:28 1252
Tatarlar Krımı tərk edir
APA-nın “İnterfaks Ukraina” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti açıqlama yayıb. Xidmətin Krımdan Ukraynanın materik hissəsinə gedən yollarda qurduğu postlardan alınan məlumatlara əsasən təkcə son 1 sutka ərzində 265 nəfər Krımı tərk edib. “Onların böyük əksəriyyəti Krım-tatar xalqının nümayəndələridir”, - deyə Ukrayna Dövlət Sərhəd Xidmətinin açıqlamasında bildirilir.
Xatırladaq ki, martın 16-da Krım Ali Soveti muxtar respublikanın Rusiyaya birləşməsi barədə referendum keçirmək barədə qərar qəbul edib. Tatarlar isə bunu qəti əleyhinədir.
Krım tatarları 1944-cü ildə sovet hökumətinin qərarı ilə öz dədə-baba torpaqlarından zorla köçürülüblər. Bu proses zamanı və sonrakı illərdə onların təxminən yarısı həlak olub.
banner

Oxşar Xəbərlər