Tatarıstan prezidenti Azərbaycandadır
Rusiyanın Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov Azərbaycana işgüzar səfərə gəlib. Heydər Əliyev Beynəlxalq Aeroportunda prezident Rüstəm Minnixanovu Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov və digər rəsmi şəxslər qarşılayıblar.