• cümə axşamı, 28 mart, 23:11
  • Baku Bakı 13°C

“Tarqovı”nın bağlanması ilə bağlı xəbərlər doğru deyil - BŞİH

21.05.19 16:56 548
“Tarqovı”nın bağlanması ilə bağlı xəbərlər doğru deyil - BŞİH
Bakı Şəhər İcra Hakimiyyəti mayın 25-dən 31-nə qədər "Tarqovı”ya yerli sakinlərin buraxılmamasına münasibət bildirib.
İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri İsrafil Kərimov Trend-ə bildirib ki, bu barədə mətbuatda verilən məlumatlar həqiqətə uyğun deyil və hər hansı məhdudiyyət tətbiq edilməyib:
"Belə məlumatlar şəbəkə təxribatı xarakteri daşıyır. Futbol kütlələrin baxdığı, azarkeşlik etdiyi oyundur. Onu hamı sevir və hər hansı məhdudiyyət yolverilməzdir. Əksinə, həmin gün şəhərdə bayram əhval-ruhiyyəsi hökm sürəcək, müxtəlif tədbirlər keçiriləcək".
banner

Oxşar Xəbərlər