• şənbə, 20 Aprel, 17:10
  • Baku Bakı 23°C

G8 formatına dönüş müəyyən şərtlər daxilində mümkündür

27.08.19 12:45 5184
G8 formatına dönüş müəyyən şərtlər daxilində mümkündür
G8 formatına dönüş müəyyən şərtlərin həyata keçirilməsi nəticəsində mümkündür, lakin buna müəyyən vaxt lazımdır.
AZƏRTACxəbər verir ki, bu barədə Yaponiyanın Xarici İşlər naziri Taro Kono avqustun 27-də keçirilən mətbuat konfransı zamanı bildirib.
"G8 formatı əvvəllər mövcud olub, buna görə də Rusiya Federasiyasının müəyyən şərtlər daxilində ona qayıdışını inkar etmək olmaz”, - deyə nazir bildirib. Nazir söhbətin hansı şərtlərdən getdiyini bildirməyib və bunun üçün nə qədər vaxt lazım olduğunu deməyin də çətin olduğunu qeyd edib. Bununla yanaşı, T.Kono bəyan edib ki, Yaponiya Krım məsələsi ilə bağlı mövqeyinin dəyişməyib.
"Krımın ilhaq edilməsi qəbuledilməzdir. Bu bizim mövqeyimizdir və o dəyişməyib”, - deyə T.Kono vurğulayıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bu ərəfədə Rusiyanın ABŞ-da keçiriləcək növbəti G7 sammitinə dəvət edilməsinin faydalı olacağını bəyan edib. Lakin o, birliyin digər üzvlərinin bununla razılaşacağına şübhə etdiyini də bildirib.
Fransa Prezidenti Emmanuel Makron isə ABŞ-ın növbəti sammitin ev sahibi kimi Rusiyanı qonaq olaraq dəvət etməsinin mümkün olduğunu deyib. Amma onu da əlavə edib ki, hələlik söhbət G8 formatının bərpasından getmir.
banner

Oxşar Xəbərlər