• çərşənbə, 24 Aprel, 06:02
  • Baku Bakı 13°C

Tarladan qayıdanda ilan vurdu

20.09.13 12:41 1172
Tarladan qayıdanda ilan vurdu
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, ötən gecə Goranboy sakinini ilan vurub. Rayonun Yorğunlar kənd sakini Oqtay Məmmədov gecə 01:00 radələrində əkin sahəsindən yaşadığı evə gələrkən yolda ilan onu sancıb. Yaralı dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin müdaxiləsi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Hazırda Oqtay Məmmədovun vəziyyəti stabil qiymətləndirilir.
banner

Oxşar Xəbərlər