• cümə, 29 Mart, 15:42
  • Baku Bakı 14°C

Tarkan Bakını Qubaya dəyişdi

06.12.13 16:28 2268
Tarkan Bakını Qubaya dəyişdi
Simsar.Az xəbər verir ki, Yeni il axşamı Azərbaycanda növbəti dəfə solo-konsert verəcəyi gözlənilən meqastar Tarkan Tevetoğlu ilə bağlı maraqlı informasiya yayılıb.
Əldə etdiyimiz məlumata görə, Tarkanın çalışdığı prodüser mərkəzi ilə razılaşma, demək olar ki, əldə olunub.
Türkiyəli ulduzun Bakıdakı konsert salonlarının birində səhnəyə çıxacağı gözlənilsə də, Tevetoğludan verdiyimiz bu xəbər pərəstişkarlarını məyus edəcək.
Çünki 500 min avroya Azərbaycana gəlişi gözlənilən Tarkan Quba şəhərində yenicə istifadəyə verilmiş istirahət mərkəzində 90 dəqiqə oxumağa qismən “hə” deyib.
Tarkanın Azərbaycana səfəri barəsində dəqiq xəbər dekabrın ikinci ongünlüyündə bilinəcək.
banner

Oxşar Xəbərlər