• çərşənbə axşamı, 16 aprel, 19:18
  • Baku Bakı 18°C

Tarixi qardaşlığı olan xalqların birliyinin təcəssümü

22.09.19 18:30 1011
Tarixi qardaşlığı olan xalqların birliyinin təcəssümü
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Budapeştdə ofisinin açılması türkdilli və onlarla tarixi qardaşlığı olan xalqların birliyinin təcəssümüdür.
Bu fikriAZƏRTAC-a açıqlamasında sosial elmlər üzrə tədqiqatçı, yazıçı-tərcüməçi Mətin Yıldırım deyib.
Müsahibimiz "Bu ofisin açılmasından nələri gözləyə bilərik?” sualını belə cavablandırıb: "Əvvəla qeyd etmək lazımdır ki, Macarıstan Avropanın ayrılmaz hissəsi olmaqla yanaşı, bütün ölkələrlə dostluq münasibətləri yaratmaq siyasəti yürüdür. Türk Şurası ilə əməkdaşlığa gəldikdə isə burada kompleks bir yanaşma var. Yəni, rəsmi Budapeşt bir təşkilatla fundamental əməkdaşlıq əlaqələrinin qurulması sayəsində bütün üzv dövlətlərlə qarşılıqlı inteqrasiya formatını möhkəmləndirir. Bu hadisə, eyni zamanda, türkdilli dövlətlərin birliyinin göstəricisidir ki, Avropanın mühüm ölkələrindən sayılan Macarıstan bu üzv dövlətlərə faydalı əməkdaşlığa üstünlük verir”.
M.Yıldırım bildirib ki, zəngin karbohidrogen və digər təbii ehtiyatlara malik olan türkdilli dövlətlər siyasi həmrəylik və səmərəli iqtisadi əməkdaşlıq nəticəsində Avropa üçün əhəmiyyətli olan yeni bir mərkəzə çevrilməkdədir.
Qeyd edək ki, ofisin açılış mərasimində Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto, Türk Şurasının Baş katibi Bağdad Amreyev, üzv ölkələrin nümayəndə heyətlərinin rəhbərləri – Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Qırğızıstanın Xarici İşlər naziri Çingiz Aydarbekov, Qazaxıstanın Macarıstandakı səfiri Nurbax Rüstəmov çıxış ediblər.
banner

Oxşar Xəbərlər