• cümə axşamı, 25 aprel, 11:21
  • Baku Bakı 14°C

Tarixi konfransın 100 illiyi qeyd olunub

05.09.19 13:15 844
Tarixi konfransın 100 illiyi qeyd olunub
Türkiyə Respublikasının qurulmasının hüquqi təməli sayılan Sivas Konfransının 100 illik yubileyi münasibəti ilə həmin şəhərdə təntənəli mərasim təşkil olunub.
AZƏRTACxəbər verir ki, Türkiyənin ali rəhbər şəxsləri, dövlət və hökumət nümayəndələri, siyasi partiya sədrləri, ölkənin görkəmli simaları, Sivas ictimaiyyətinin təmsilçiləri mərasimdə iştirak ediblər.
Prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və digərləri çıxışlarında Sivas Konfransının məqsəd və vəzifələrindən, müasir Türkiyənin inkişaf istiqamətlərindən və siyasi hədəflərindən danışıblar. Diqqətə çatdırılıb ki, sivaslılar sözügedən tarixi konfransa mətanətlə ev sahibliyi edərək Türkiyə dövlətinin qurulmasında öndə gediblər.
Qeyd edək ki, 1919-cu il sentyabrın 4-də qazi Mustafa Kamal Atatürk və onun yaxın silahdaşlarının iştirakı ilə işə başlayan Sivas Konfransı türk xalqının öz vətəni və dövləti üçün ortaya qoyduğu milli iradəni, birlik və mübarizə əzmini dünyaya nümayiş etdirib. Sentyabrın 11-dək davam edən konfrans Türkiyə xalqı üçün həyati əhəmiyyət daşıyan tarixi qərarlara imza atıb.
banner

Oxşar Xəbərlər