Tarixdə ilk dəfə iki qadın kosmonavt açıq fəzaya çıxıb
 
                        Tarixdə ilk dəfə iki qadın - ABŞ kosmonavtları Kristina Kuk və Cessika Meir cümə günü Beynəlxalq Kosmik Stansiyadan (BKS) açıq fəzaya çıxıb.
APA"interfax”a istinadla xəbər verir ki, bu barədə NASA-nın yaydığı məlumatda bildirilib.
Qadın kosmonavtlar stansiyanın istismarını başa vurmuş detallarını – günəş batareyalarını dəyişəcəklər. Əməliyyatın ən azı 6 saat yarım davam edəcəyi gözlənilir.
Qeyd edək ki, sözügedən batareyaların istismar müddəti 10 ildir.
Xatırladaq ki, kosmosda yerləşdirilmiş BKS-da NASA-nın müxtəlif millətlərdən olan kosmonavtları növbəli şəkildə tədqiqatlar aparır.
                                            
         Bakı 19°C
 Bakı 19°C