• cümə axşamı, 25 aprel, 19:06
  • Baku Bakı 21°C

Tarixdə ən çox qazanan idmançıların adları açıqlanıb

16.12.17 10:15 2494
Tarixdə ən çox qazanan idmançıların adları açıqlanıb
Məşhur "Forbes” jurnalı tarixin ən çox qazanan idmançılarının reytinq siyahısını tərtib edib.
Apasport.az saytının məlumatına görə, 25 nəfərin yer aldığı siyahıda idmançıların həm peşəkar müqavilələrdən, həm də sponsor anlaşmalarından toplam qazancları qeyd edilib
Maraqlıdır ki, sözügedən reytinq cədvəlinə bütün zamanların yaxşı basketbolçusu hesab edilən Maykl Cordan başçılıq edir. O, ümumilikdə 1.85 milyard dollar qazanıb.
25 nəfərlik siyahını diqqətinizə çatdırırıq.
1. Maykl Cordan (basketbol) – 1.85 milyard dollar
2. Tayger Vuds (qolf) – 1.7 milyard
3. Arnold Palmer (qolf) – 1.4
4. Cek Niklaus (qolf) – 1.3
5. Mixail Şumaxer (Formula 1) – 1
6. Fil Mikelson (qolf) – 815 milyon
7-8. Kobe Brayant (basketbol), Devid Bekhem (futbol) – 800
9. Floyd Mayvezer (boks) – 785
10. Şakil O`Nil (basketbol) – 735
11. Lebron Ceyms (basketbol) – 735
12. Kriştianu Ronaldo (futbol) – 725
13. Qreq Norman (qolf) – 705
14. Mayk Tayson (boks) – 700
15. Roje Federer (tennis) – 675
16. Lionel Messi (futbol) – 600
17. Aleks Rodrigez (beyzbol) – 575
18. Ceff Qordon (ralli) – 525
19. Oskar De La Hoya (boks) – 520
20. Menni Pakyao (boks) – 510
21. Derek Citer (beyzbol) – 490
22-23. Peyton Menninq (Amerika futbol), Kevin Qarnet (basketbol) – 480
24. Evander Holifild (boks) – 475
25. Andre Aqassi (tennis) – 470
banner

Oxşar Xəbərlər