• cümə axşamı, 28 mart, 15:16
  • Baku Bakı 16°C

Prezidentin 2018-ci ili “Cümhuriyyət ili” elan etməsinə Şərh

10.01.18 17:07 1875
Prezidentin 2018-ci ili “Cümhuriyyət ili” elan etməsinə Şərh
"Hər bir nəsil öz keçmişi haqqında aydın təsəvvürə malik olmalıdır. Azərbaycanda yeni nəsil müstəqil dövlətçilik, millətçilik ruhunu öyrənməli, bu ruh onun qanına, canına, vicdanına hopmalıdır. Tarix ancaq onu öyrənib imtahan vermək üçün deyil. Müsəlman Şərqində ilk demokratik cümhuriyyəti yaradan şəxsləri, onların yaratdığı ideologiyanı, məfkurəni yeni nəsilə öyrətmək lazımdır. Prezidentİlham Əliyevin 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyətiili” elan etməsi məhz buna xidmət edir”.

Bu sözləriAPA-ya açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) professoru, Məhəmməd Əmin Rəsulzadə irsinin tədqiqatçısıŞirməmməd Hüseynovdeyib.

Professor Azərbaycan dövlətinin Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyinə hazırlaşmasını yüksək qiymətləndirib: "Dövlətin bu bayrama hazırlaşması çox yaxşıdır. Biri də var hər bir kollektiv, hər bir vətəndaş bu bayrama hazırlaşa. Novruz bayramını hər bir vətəndaş öz ailəsində qeyd edir. Bəs niyə müstəqil dövlətin elan olunduğu 28 may tarixini hərə öz ailəsində bayram kimi qeyd etməsin?! Bu günü bayram kimi qeyd etmək yox, məhz yaşamaq lazımdır. Üzeyir bəy Hacıbəylinin məşhur sözü var: "Bu vətən də bizimdir, bu millət də bizimdir, bu dövlət də bizimdir”. Məhəmməd Əmin Rəsulzadə də eyni sözləri deyib. Gərək hər kəs bunu bilə. Millət bilməlidir ki, bütün Azərbaycan onun vətənidir, onun mülküdür, onun əmələ gəldiyi və öləcəyi yerdir. Azərbaycan prezidenti sağ olsun ki, 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyətiili” elan edib. Amma hər bir ziyalı, hər bir vətəndaş da bu bayramı qeyd etməlidir. Mənim 94 yaşım var. 50 ildir bu bayrama hazırlaşıram”.

Millət vəkiliMusa Qasımlıbildirib ki, prezident tərəfindən 2018-ci ilin "Cümhuriyyət ili” elan edilməsinin dərin mənası, böyük tarixi əhəmiyyəti var və bu, ictimaiyyətin ürəyindəndir: "Məlumdur ki, 1918-ci il mayın 28-də xalqımız bütün müsəlman Şərqində ilk dəfə olaraq Cümhuriyyətin qurulduğunu elan etdi və demokratik bir dövlət qurdu. 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Cümhuriyyəti nəhəng tarixi əhəmiyyət daşıyan və gələcəkdə xalqımızın taleyinə ciddi təsir edə biləcək qanun və qərarlar qəbul etdi. Azərbaycan xalqı müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmağın yolunu göstərdi, onlar üçün nümunə oldu. Avropanın bir çox ölkələrindən xeyli əvvəl qadınlara seçib-seçilmək hüququ verməklə, bütün dünya demokratiyasına böyük töhfə verdi. İşğal nəticəsində süquta uğrasa da, onun yerində Azərbaycan SSR quruldu. Uzun illər sonra Cümhuriyyətin bayrağı rəsmi olaraq ilk dəfə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən qəbul edildi. 1991-ci ildə Azərbaycan dövlətçiliyi bərpa edildi. Azərbaycan Respublikası Cümhuriyyətin varisi oldu”.

M. Qasımlı əlavə edib ki, cümhuriyyət tarixinin öyrənilməsi istiqamətində ilk addımlar ötən əsrin 80-ci illərinin sonlarında atılmağa başlandı: "Lakin Cümhuriyyət tarixinin sistemli şəkildə araşdırılmasındaAzərbaycan Xalq Cümhuriyyətinin 80 illiyi ilə bağlı olaraq Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin 1998-ci ildə imzaladığı "Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyik yubileyinin keçirilməsi haqqında”, "Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinə həsr olunmuş əsərlərin nəşr edilməsi haqqında” və "Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş ümumrespublika mərasiminin keçirilməsi haqqında” sərəncamları mühüm rol oynadı. Həmin sənədlərdə nəzərdə tutulmuş məsələlərin yerinə yetirilməsi nəticəsində Cümhuriyyət dövrü tarixinə həsr olunmuş ciddi, əhatəli və dərin elmi-tədqiqat işləri aparıldı, qiymətli əsərlər yazıldı, xarici siyasət sənədləri, Cümhuriyyət parlamentinin stenoqramları və b. nəşr edildi. Görülən işlər heç şübhəsiz, böyük əhəmiyyət daşısa da, tədqiq edilməsini gözləyən elmi-nəzəri problemlər hələ də qalmaqdadır. Bu baxımdan prezidentimizİlham Əliyevin milli dövlətçilik tariximizə xüsusi qayğı və dərin hörmət əlaməti olaraq Cümhuriyyətin yubileyi haqqında 2017-ci il 16 may tarixində imzaladığı sərəncam böyük əhəmiyyət daşıyır. Tarixi-siyasi, ictimai, mənəvi əhəmiyyət daşıyan və bütövlükdə Cümhuriyyət dövrünün araşdırılmasında yeni səhifə açan bu sərəncam və 2018-ci ilin Cümhuriyyət ili çərçivəsində həyata keçiriləcək çoxsaylı tədbirlər xalqımızda, xüsusən gənclərimizdə müstəqil dövlətçilik və vətən sevgisi hisslərinin artırılmasında mühüm rol oynayacaq”.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademikYaqub Mahmudov2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyətiili” elan olunmasını yüksək qiymətləndirib. O qeyd edib ki, bu addım Milli Elmlər Akademiyasının Tarix İnstitutu tərəfindən böyük razılıqla qarşılanıb: "Bu, Azərbaycan dövlətinin başçısının Cümhuriyyət tarixinə olan xüsusi ehtiramıdır. Hər il mayın 28-də Respublika Gününə həsr olunmuş qəbullar keçirən Azərbaycan prezidenti bütün çıxışlarında Cümhuriyyət tarixinə olduqca yüksək qiymət verir. Azərbaycan dövlətinin başçısı "İstiqlal Bəyannaməsi” abidəsini ucaltdırıb. Tarix İnstitutunun direktoru olaraq bəyan etmək istəyirəm ki, Azərbaycan dövlətinin başçısı Cümhuriyyət tarixinin işlənməsi ilə əlaqədar mənə xüsusi tapşırıqlar verib. Cümhuriyyət tarixinin işlənməsini prezident şəxsi nəzarəti altında saxlayır. Ulu öndərimiz Heydər ƏliyevAzərbaycan Xalq Cümhuriyyətitarixinin araşdırılması məqsədilə bircildlik ensiklopedik lüğət hazırlamaq haqqında göstəriş vermişdi. Xüsusi ehtiramla bildirirəm ki, prezidentİlham Əliyevisə ikicildlik ensiklopedik nəşrin çapı haqqında göstəriş verdi. Bu ensiklopediya ikinci dəfə də çap olundu. Hesab edirəm ki, bu ensiklopediya Cümhuriyyət tariximizə qoyulan çox böyük abidədir. Cənab prezident Tarix İnstitutuna qəti olaraq tapşırıb ki, Cümhuriyyət tarixi ilə bağlı araşdırmalar genişləndirilsin. Bu il bizAzərbaycan Xalq Cümhuriyyətinə həsr olunan beynəlxalq elmi konfrans keçirəcəyik. Tarix İnstitutu bu gün Elmi Şurasını keçirib. Bütün tarixçilərin adından prezidentİlham Əliyevə minnətdarlıq məktubu göndəriləcək. Eyni zamanda qərar qəbul olundu ki, "Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimləri” adlı xüsusi kitab çap olunsun. Azərbaycan dövlətinin başçısının tarixi keçmişimizə, varisi olduğumuz Xalq Cümhuriyyətinə bu qədər önəm verməsini institutun bütün tarixçiləri adından alqışlayıram”.
banner

Oxşar Xəbərlər