• cümə, 19 Aprel, 06:36
  • Baku Bakı 13°C

Tarix Muzeyində Vətən Müharibəsi Fondu yaradılıb

04.02.21 15:00 561
Tarix Muzeyində Vətən Müharibəsi Fondu yaradılıb
Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Vətən Müharibəsi Fondu yaradılıb.
Bu barədəAPA-ya AMEA-dan məlumat verilib. Qeyd olunub ki, muzey I və II Qarabağ müharibəsində şəhid olan zabit və əsgərlərimizə, o cümlədən müharibə iştirakçılarına məxsus, döyüşdən qalan xatirə əşyalarını qəbul edir.

banner

Oxşar Xəbərlər