• cümə, 29 Mart, 09:55
  • Baku Bakı 5°C

“Tar-Gitara dueti” adlı müstəsna konsert keçiriləcək

25.10.19 17:34 1913
“Tar-Gitara dueti” adlı müstəsna konsert keçiriləcək
Fransanın Azərbaycandakı Səfirliyi, Fransız İnstitutu, UFAZ, Landmark və Thales şirkətinin tərəfdaşlığı ilə, "OKİ Prod” Azərbaycanda musiqi əməkdaşlığını davam etdirir.
30 oktyabr 2019, saat 19.00-da, Landmark Rotunda Cazz Klubda, fenomen gitara ifaçısı Filiqan və tarzən İsmayıl Zülfüqarovun "Tar-Gitara dueti” adlı müstəsna konserti baş tutacaq.
Filiqanın bu layihəsi Azərbaycan və Fransa arasında mədəni əməkdaşlığın bir hissəsidir. Fransız gitaraçının gənc və istedadlı azərbaycanlı tar ifaçısı İsmayıl Zülfüqarov ilə təsadüfi tanışlığı, TAR-GİTARA duetinın yaranmasına təkan vermiş və bu konsert, iki istedadlı musiqiçinin səhnədəki üçüncü görüşüdür. Öz janrında Azərbaycanda ilk sayılacaq bu konsert, inanılmaz çevikliklə ənənəvi musiqidən müasir musiqiyə keçərək, multikultural və plurietnik əməkdaşlıqdan ortaya çıxan həyəcanverici atmosferi sizinlə bölüşmək üçün bir fürsət olacaqdır.


banner

Oxşar Xəbərlər