• cümə, 19 Aprel, 09:23
  • Baku Bakı 13°C

TAP layihəsi üçün ötən il metal boru istehsalı artırılıb

10.01.18 12:00 1006
TAP layihəsi üçün ötən il metal boru istehsalı artırılıb
Azərbaycan təbii qazını Avropaya nəql edəcək Trans-Adriatik boru kəməri (TAP) xəttinin tikintisi üçün ötən il metal boru istehsalı artırılıb.

"APA-Economics”in "Bloomberg” agentliyinə istinadən verdiyi məlumata görə, 2017-ci ilin yanvar-noyabr ayları ərzində Yunanıstanda metal məhsullarının istehsalı 21%-dən çox artıb. Yunanıstan Statistika İdarəsi bildirib ki, tikintisinə 2016-cı ildən başlanılan və ümumi uzunluğu 878 kilometr olan TAP layihəsinin boruya olan tələbatı bundan sonra da artacaq.

Statistikaya əsasən, boru kəmərinin tikintisi Yunanıstanın bütövlükdə makroiqtisadi göstəricilərinə təsir edir. Yunanıstan tərəfi bəyan edib ki, ölkədə boru istehsalı üçün ümumi investisiyaların həcmini artırmalıdır. Qeyd edək ki, ötən ilin on ayı ərzində bu investisiyaların həcmi 2,6% artıb.

Xatırladaq ki, hazırda Yunanıstan hökuməti TAP layihəsinə birbaşa investisiyaların cəlb edilməsi üzərində ciddi çalışır. Avropa İnvestisiya Bankı (European Investment Bank, EIB) tərəfindən TAP layihəsinə kreditin ayrılması ilə bağlı danışıqlar davam etdirilir. TAP Konsorsiumunun prezidenti Volter Pirer (Walter Peeraer) "Reuters” agentliyinə müsahibəsində bildirib ki, EİB tərəfindən TAP-a 1,5 mlrd. avro həcmində kreditin ayrılması ilə bağlı qərarı fevral ayında qəbul ediləcək.

Qeyd edək ki, TAP layihəsi Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyasına görə strateji məqsədlərində əsas rolu oynayır. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında "Hökumətlərarası Saziş" 2013-cü ilin fevral ayında imzalanıb. Borunun uzunluğu 878 km təşkil edir. Onun fəaliyyətə başlama tarixi kimi 2020-ci ilin yanvar ayı göstərilir.

TAP-ın ilkin illik daşıma qabiliyyəti 10 mlrd. kubmetrdir (illik 20 mlrd. kubmetrədək artırıla bilər).

Layihə üzrə hazırkı pay bölgüsü: "Cənub Qaz Dəhlizi" QSC - 20%, BP - 20%, "Snam" - 20%, "Fluxys" - 19%, "Enagás" - 16%, "Axpo" - 5%.
banner

Oxşar Xəbərlər