• cümə, 19 Aprel, 17:40
  • Baku Bakı 25°C

TAP kəməri Avropada enerji daşıyıcılarının hərəkətini asanlaşdıracaq

05.09.19 13:21 932
TAP kəməri Avropada enerji daşıyıcılarının hərəkətini asanlaşdıracaq
Trans-Adriatik Qaz Boru Kəməri (TAP) onun əhatə edən regionda enerji təhlükəsizliyinin və diversifikasiyasının daha geniş şəkildə təmin edilməsi cəhətindən çox vacibdir. Bu barədə "APA-Economics” TAP konsorsiumuna istinadən xəbər verir.
Məlumata əsasən, qaz kəmərinin işə salınması ərazilərindən keçən ölkələrə (Yunanıstan, Albaniyavə İtaliya) dərhal böyük fayda gətirəcək.
Bundan əlavə, TAP Avropada enerji daşıyıcıların hərəkətini asanlaşdıracaq əsas layihələrdəndir, məlumatda qeyd olunur.
Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 milyard kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Gələcəkdə kəmərin ötürmə gücünü iki dəfə artırmaq mümkün olacaq. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.
Azərbaycan qazının Avropaya 2020-ci ildə çatdırılacağı nəzərdə tutulur.
banner

Oxşar Xəbərlər