• cümə, 29 Mart, 16:31
  • Baku Bakı 14°C

TAP IV rübdə İtaliyaya qaz nəqlinə başlanacağına əmindir

04.07.20 17:45 823
TAP IV rübdə İtaliyaya qaz nəqlinə başlanacağına əmindir
"TAP konsorsiumu Azərbaycandan ilk qazın İtaliyaya nəqlinə başlamasının 2021-ci ilin dekabr ayınadək təxirə salınmasının mümkünlüyünə baxmayaraq, bu ilin IV rübündə qazınnəqlinə başlamaq öhdəliyini təsdiq edir".
"Report” xəbər verir ki, bunu TAP konsorsiumunun xarici əlaqələr üzrə rəhbəriVüqar Veysəlov"S&P Global Platts”a müsahibəsində bildirib.
"TAP layihəsi 96%-dən artıq yekunlaşıb və Avropaya ilk qaz nəqlinin 2020-ci il ərzində başlanacağını yenidən təsdiq edirik”,- o qeyd edib.
Bununla belə, TAP rəsmisi bildirib ki, şirkət gələcəkdə ondan asılı olmayan maneələr yaranması halına qarşı möhlət almaq barədə qərar verib.
Qeyd edək ki, TAP 2013-cü ildə6 il ərzində kəmərin istifadəyə verilməsi şərti ilə bəzi Avropa müddəalarında imtiyaz əldə edib. TAP 2014-cü ildə imtiyazın ilk dəfə uzadılaraq 2020-ci il dekabr ayına qədər davam etməsi barədə müraciət edib və bu müsbət cavablandırılıb. Bu il iyunun 15-də isə ikinci dəfə müraciət edərək 2021-ci ilin dekabrına qədər uzadılmasını istəyib.
V.Veysəlov qeyd edib ki, layihə reallaşdığı müddətdə şirkətdən asılı olmayanmaneələrlə üzləşib.
"İcazə/tənzimləmə maneələri, təhlükəsizlik qaydalarının ciddi pozulması, çoxsaylı məhkəmə prosesləri səbəbindən tikinti fəaliyyətinin dayandırılması, gözlənilməz geotexniki, təbii hadisələr, eyni zamanda COVİD-19 və digər faktorların təsiri bu qəbildəndir. TAP bu fonda ilk qazın Avropaya nəqlinə başlamaq üçün əlavə vaxt istəyib. TAP ilin sonuna qədər ilk qazın nəqlinə başlamağa çalışacaq. Buna baxmayaraq, koronavirusun təsirləri davam edərsə, konsorsiumAvropa qanunlarına uyğun olaraq, 2020-ci ildən sonra da işlərin davam etdirilməsi üçün icazə alacaq”, - V.Veysəlov bildirib.
Qeyd edək ki, Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans Adriatik Boru Kəməri ilə ilkin mərhələdə hər il "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan 10 milyard kubmetr qazın Avropaya nəql olunacağı nəzərdə tutulur. Yunanıstanla Türkiyə sərhədindəki Kipoy kəndi yaxınlığında Trans Anadolu boru kəmərinə (TANAP) qoşulan TAP Yunanıstan, Albaniya ərazisindən keçərək Adriatik dənizinin dibi ilə İtaliyanın cənubunadək uzanacaq.
2013-cü il iyunun 28-də "Şahdəniz" konsorsiumu tərəfindən rəsmi olaraq seçildiyi açıqlanan TAP kəmərinin uzunluğu 878 kilometrdir. Bunun 550 kilometri Yunanıstan, 215 kilometri Albaniya ərazisinin, 105 kilometri Adriatik dənizi dibinin, 8 kilometri İtaliya ərazisinin payına düşür. Marşrutun Albaniya ərazisində yerləşən ən hündür nöqtəsi 1 800 metr yüksəklikdə, dəniz dibindəki ən alçaq nöqtəsi 820 metr dəniz səviyyəsindən aşağıdır.
Təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanın Saloniki şəhərində keçirilən TAP vasitəsilə Avropaya Azərbaycandan ilk qazın bu il nəql ediləcəyi gözlənilir.
TAP vasitəsilə Bolqarıstanın qaz ehtiyaclarının 33 faizi, Yunanıstanın 20 faizi, İtaliyanın 10,5 faizinə qədəri ödəniləcək.
banner

Oxşar Xəbərlər