• cümə, 29 Mart, 00:03
  • Baku Bakı 7°C

TAP Avropada karbonsuzlaşdırma prosesinə vacib töhfə verəcək

13.03.21 15:15 1179
TAP Avropada karbonsuzlaşdırma prosesinə vacib töhfə verəcək
Trans-Adriatik boru kəməri (TAP) Avropada karbonsuzlaşdırma prosesinə vacib töhfə verəcək.
Trend bu barədə Beynəlxalq Qaz İttifaqının (IGU) hesabatına istinadən məlumat verir.
Heabatda qeyd olunur ki, Azərbaycanla İtaliyanı birləşdirən TAP 2020-ci ilin dekabrında istismara verilib:
"Bundan başqa, "Balkan axını" layihəsi başa çatıb. Bu layihə Rusiya qazının Bolqarıstan, Serbiya və Macarıstana tədarükü üçün yeni cənub marşrutu yaradıb. Həmçinin, bir müddət əvvəl Xorvatiyada Krk terminalı fəaliyyətə başlayıb"
IGU hesab edir ki, bu layihələr regional inteqrasiyanın təkmilləşməsinə xidmət edəcək, tədarüklərin təhlükəsizliyini möhkəmləndirəcək və xüsusilə də elektrik enerjisi istehsalında kömürün böyük rol oynadığı Cənub-Şərqi Avropa ölkələrində karbonsuzlaşdırma prosesinə vacib töhfə verəcək.
banner

Oxşar Xəbərlər