• çərşənbə axşamı, 19 mart, 07:44
  • Baku Bakı 8°C

TAP 2021-ci ildə boru kəmərinin buraxılış gücünün artırılması məqsədilə sınaq keçirəcək

05.12.20 11:00 356
TAP 2021-ci ildə boru kəmərinin buraxılış gücünün artırılması məqsədilə sınaq keçirəcək
Trans-Adriatik boru kəməri (TAP) konsorsiumu 2021-ci ildə buraxılış gücünün artırılması məqsədilə bazar sınağı keçirəcək. Boru kəmərinin buraxılışı gücünün iki dəfə, hazırkı ildə 10 milyard kubmetrdən 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur.
Trend-in məlumatına görə, bunu TAP-ın icraçı direktoru Luka Skyeppati deyib.
O, layihənin artıq işə salındığını bildirib:
""Cənub Qaz Dəhlizi"nin açılışı Avropanın enerji təhlükəsizliyi yolunda başlıca addımdır. 10 milyard kubmetr qazın hesabına TAP Bolqarıstanın, Yunanıstanın və İtaliyanın qaz tələbatının müəyyən hissəsini qarşılaya biləcək. TAP, həmçinin Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB), İon-Adriatik boru kəməri (IAP) kimi enerji infrastrukturları ilə əlaqələnməklə Cənub-Şərqi Avropanın bazar inteqrasiyasını dəstəkləyəcək".
banner

Oxşar Xəbərlər