Tanzaniyada ağır yol qəzası nəticəsində 20 nəfər ölüb
Tanzaniyanın Mbeya rayonunda ağır yol qəzası baş verib.
AZƏRTACRİA Novostiyə istinadla xəbər verir ki, yük maşınının sərnişin avtobusuna çırpılması nəticəsində 20 nəfər ölüb, 45-i xəsarət alıb. Toqquşduqdan sonra yük maşını daha 2 avtobusa çırpılıb və çaya aşıb.
Xəsarət alanlar xəstəxanalara çatdırılıb.