• cümə, 29 Mart, 06:15
  • Baku Bakı 5°C

Tanınmış UFC və MMA döyüşçüsü Bakıda seminar keçəcək

20.07.19 09:30 19046
Tanınmış UFC və MMA döyüşçüsü Bakıda seminar keçəcək
Əfsanəvi braziliyalı döyüşçü, adı UFC-nin Şöhrət zalına daxil edilmiş ciu-citsu ustası Roys Qreysi Bakıya gələcək.
AZƏRTACxəbər verir ki, Azərbaycan Ciu-Citsu Federasiyası və "Qodzilla” qrupunun təşkilatçılığı ilə ölkəmizdə səfərdə olacaq beşqat UFC çempionu paytaxtın ən müasir idman klublarından olan "Judo Club 2012”də seminar keçəcək.
İyulun 20-də "Judo Club 2012”nin idman zalında təşkil olunacaq seminarda R.Qreysi ciu-citsu döyüş sənətinin nəzəriyyəsindən danışacaq və idmançılara müxtəlif döyüş fəndlərinin icrasını göstərəcək.
Tədbirdə tanınmış idmançılarla yanaşı, ölkəmizin döyüş növləri üzrə federasiyalarının rəhbərlərinin də iştirakı gözlənilir.
Qeyd edək ki, braziliyalı ciu-citsu ustası Roys Qreysi idmanın bu növünün dünyada tanınmasında böyük rol oynayıb.
banner

Oxşar Xəbərlər