• şənbə, 20 Aprel, 08:36
  • Baku Bakı 14°C

Tanınmış televiziya jurnalisti vəfat etdi

16.11.13 10:52 1524
Tanınmış televiziya jurnalisti vəfat etdi
“İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasından APA-ya verilən məlumata görə, “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasının İdarə Heyətinin üzvü, Azərbaycanda rusdilli telejurnalistika məktəbinin əsasını qoymuş dövlət mükafatı laureatı Nina Yarova İsrailin Beer-Şeva şəhərində vəfat edib.
Qeyd edək ki, 1956-cı ildə Azərbaycan Dövlət Televiziyası fəaliyyətə başlayan gündən orada çalışıb və telekanalda rusdilli verilişin ilk redaktoru olub. Eyni zamanda uzun illər Azərbaycan Dövlət Kinostudiyasında sənədli və elmi-kütləvi filmlər birliyinin baş redaktoru işləyib. 1961-ci ildə o vaxt çox da tanınmayan gənc müğənni Müslüm Moqamayev haqqında ilk sənədli film çəkilib.
N. Yarova İsrailə köçdükdən sonra jurnalistika sahəsində fəaliyyətini davam etdirib, İsrail Dövlət Radiokanalının (REKA) müxbiri olub.
“İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası Nina Yarovanın vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına başsağlığı verib.
banner

Oxşar Xəbərlər