• cümə, 29 Mart, 09:26
  • Baku Bakı 5°C

Tanınmış teleaparıcı Ağcabədidə döyüldü

01.05.14 12:07 1418
Tanınmış teleaparıcı Ağcabədidə döyüldü
Publika.az-ın verdiyi məlumata görə, tanınmış aparıcı sözügedən telekanalın "Zəhmətkeş ulduzlar" adlı verilişinin çəkilişləri zamanı insidentlə qarşılaşıb.
Belə ki, Ağcabədi rayonunda aparılan çəkilişlər zamanı verilişdə qonaq qismində bölgəyə gedən aparıcı gənc oğlanla əlbəyaxa olub. M.Güləddinoğlu kənd camaatı arasında şeir söylədiyi zaman bir oğlan ona yaxınlaşaraq üstünə hücum edib
Tərəfləri güclə aralayıblar.
Qeyd edək ki, bu hadisə ilə bağlı rəhbərlik aparıcının bazar ertəsi canlı yayımlanan "Sevimli şou” verilişinin yayımına icazə verməyib.
***
Publika.az-a açıqlama verən sözügedən verilişin rejissoru çəkiliş zamanı insident yaşandığını təsdiqləyib: "Çəkiliş vaxtı insident yaşandı, kənd uşaqlarından biri dəfələrlə sifarişlər verdi, amma başa düşmədi ki, çəkilişin öz formatı var. Biz ona bunu başa saldıq, amma o nəzərə almadı və əsəbiləşib Mikayılın üstünə hücuma keçdi. Sonra onu sakitləşdirdik. Əslində burda söhbət Mikayıldan getmir. Mikrafon onun əlində olduğu üçün oğlan ona sarı hücum etdi. Başqasında olsaydı, ona hücum edəcəkdi. Sonra hər şey həllini tapdı, insident sakitliklə ötüşdü”.
banner

Oxşar Xəbərlər