• cümə axşamı, 25 aprel, 07:45
  • Baku Bakı 14°C

Tanınmış şair və ədəbiyyatşünas vəfat edib

29.01.14 10:24 1323
Tanınmış şair və ədəbiyyatşünas vəfat edib
Bu barədə Bakuinfo.Az-a mərhumun dostu, şair Ələmdar Cabbarlı məlumat verib.
İslam Məmməd oğlu Ağayev 1932-ci il avqust ayının 20-də Bakının Bülbülə qəsəbəsində anadan olmuşdur. İlk təhsilini Bülbülədə 79, 208 və Sabunçu rayonundakı 51 nömrəli fəhlə-gənclər məktəbində almışdır. 1952–1957–ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsində oxumuşdur. 1957–1960-cı illərdə Azərbaycan Dövlət kitabxanasında baş biblioqraf işləmişdir. 1960-cı ilin iyun ayında Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutuna kiçik elmi işçi vəzifəsinə dəvət edilmişdir. 1964-cü ildə "Satirik Zənbur jurnalı" mövzusunda namizədlik, 1984-cü ildə "Molla Nəsrəddin" jurnalı və XX əsrin əvvəlləri Azərbaycan Ədəbiyyatının ideya - bədii inkişafı problemləri" mövzusunda elmlər doktoru dərəcəsi adı almaq üçün dissertasiya müdafiə etmişdir. Bu vaxta kimi, XIX əsrin sonları – XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı və dövri mətbuatının tarixi, şəxsiyyətləri, ideya və nəzəri problemləri mövzusunda 15 kitabi, 150-dən artıq məqaləsi dərc edilmişdir. Hazırda çap olunmaqda olan çoxcildli "Azərbaycan ədəbiyyatı tarixi" kitabının müəlliflərindən biridir.
1976–1987-ci illərdə dərc edilmiş 10 cildlik "Azərbaycan Sovet Ensiklopediyası"nın əsas məqalə və 2004–2005-ci illərdə dərc edilmiş 2 cildlik "Azərbaycan Xalq Cumhuriyyəti Ensiklopediyası"nın baş redaksiya heyətinin üzvü və əsas məqalə müəlliflərindəndir.
banner

Oxşar Xəbərlər