• çərşənbə, 24 Aprel, 18:10
  • Baku Bakı 23°C

Tanınmış Rusiya klubu erməni futbolçunu cəzalandıracaq

30.04.15 09:26 1077
Tanınmış Rusiya klubu erməni futbolçunu cəzalandıracaq
Rusiyanın "Spartak" futbol klubu baş məşqçi haqda mətbuata açıqlama verən erməni əsilli futbolçunu cəzalandıracaq.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu "Spartak" klubunun baş direktoru Roman Asxabadze deyib.
Onun sözlərinə görə, klubun baş məşqçisi Murat Yakın barədə mətbuata bəzi açıqlamalar verən Araz Özbilizə pul cəriməsi kəsiləcək: "Özbilizlə görüş keçirdik. O, müqavilənin şərtlərini pozub və buna görə də cəzalandırılacaq. Özbiliz haqsız olduğunu, emosional davrandığını və buna görə də cəzasını çəkməyə hazır olduğunu söylədi. Bundan başqa Araz Özbiliz mətbuatın onun dediklərini səhv başa düşdüyünü də qeyd etdi".
Baş məşqçi M. Yakınla da yaxın vaxtlarda görüşəcəyini söyləyən R. Asxabadze bundan sonra birgə qərarın veriləcəyini bildirib.
Qeyd edək ki, “Spartak” (Moskva) futbol komandasının erməni əsilli hollandiyalı futbolçusu Araz Özbiliz türk əsilli isveçrəli baş məşqçi Murat Yakından ciddi narazılığını dilə gətirib. O, M. Yakının onu “erməni soyqırımı”nın ildönümünün qeyd edilən 24 apreldə əsas komandadan qovduğunu deyib.
banner

Oxşar Xəbərlər