Tanınmış Rusiya aktyoru Sergey Yurski vəfat edib
Moskvada Rusiyanın tanınmış teatr və kino aktyoru Sergey Yurski 83 yaşında vəfat edib.AZƏRTACxəbər verir ki, bu məlumatı "Mossovet” teatrının mətbuat xidməti yayıb.
Məlumatda deyilir: "Bu gün səhər Rusiyanın Xalq artisti Sergey Yuryeviç Yurski vəfat edib”.
Mərhumla vidalaşma və dəfn mərasimləri haqqında əlavə məlumat veriləcək.