• çərşənbə axşamı, 23 aprel, 09:29
  • Baku Bakı 20°C

Tanınmış reper Hüseyn Dərya vəfat etdi

15.03.14 11:02 1674
Tanınmış reper Hüseyn Dərya vəfat etdi
Bu barədə APA-ya 3 saylı şəhər Klinik Xəstəxanasından bildirilib.
Məlumata görə, Hüseyn Dərya yarım saat əvvəl aldığı xəsarətdən dünyasını dəyişib.
Qeyd edək ki, ötən gecə saat 23 radələrində Bakının Xəzər rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, tanınmış reper Hüseyn Dəryanın idarə etdiyi 10 SB 575 dövlət nömrə nişanlı "Opel Astra" markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən KaMAZ markalı maşına çırpılıb. Nəticədə Hüseyn Dərya 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
banner

Oxşar Xəbərlər