• cümə, 29 Mart, 18:59
  • Baku Bakı 14°C

Tanınmış qaz şirkəti özəlləşdirilir

28.05.13 10:20 1694
Tanınmış qaz şirkəti özəlləşdirilir
«APA-Economics»in «RİA-Novosti»yə istinadən verdiyi məlumata görə, bu barədə Yunanıstan Özəlləşdirmə Agentliyinin nümayəndəsi Mariya Tsinaridu bildirib.
Beş investor tərəfindən DEPA şirkətinin və qazın nəqli ilə məşğul olan DESFA operatorunun özəlləşdirilməsinə dair təqdim olunmuş təkliflər zərflərinin açılma tarixi bir neçə dəfə təxirə salınıb. Belə ki, ilk öncə zərflərin mayın 29-da, daha sonra isə iyunun 7-də açılacağı söylənilmişdir.
«Təkliflər zərfləri iyunun 10-da açılacaq və tenderin nəticələri barədə daha sonra məlumat veriləcək», - deyə M.Tsinaridu bildirib.
Qeyd edək ki, tenderdə Azərbaycan Dövlət Neft Şirkəti, Rusiyanın «Qazprom» və «Nequsneft» şirkətləri, həmçinin Yunanıstandan iki konsorsium iştirak edir.
banner

Oxşar Xəbərlər