• cümə axşamı, 02 may, 02:11
  • Baku Bakı 15°C

Tanınmış politoloq vəfat etdi

29.01.15 06:56 937
Tanınmış politoloq vəfat etdi
Tanınmış politoloq Zəfər Quliyev 62 yaşında vəfat edib. Bu barədə APA-ya “Yeni Müsavat” qəzetinin baş redaktoru, mərhumun yaxın dostu Rauf Arifoğlu məlumat verib.
R. Arifoğlu bildirib ki, Z. Quliyev səhhəti ilə əlaqədar əməliyyat olunmaq üçün Gürcüstana yola salınmışdı: “Tiflisdə həkimlər ona əməliyyatın riskli olduğunu bildirərək Bakıya dönməyi tövsiyə ediblər. Mən dünən özü ilə əlaqə saxladım və bu əməliyyata girməsini tövsiyə etdim. Bu barədə özü qərar verməli idi. Ancaq o, bu gün səhər ürək damarlarının tıxanması səbəbindən dünyasını dəyişib...”
banner

Oxşar Xəbərlər