• cümə axşamı, 28 mart, 22:53
  • Baku Bakı 13°C

Tanınmış müğənninin gözləri tutulur - Video

05.02.14 08:52 1450
Tanınmış müğənninin gözləri tutulur - Video
ANS Press-in məlumatına görə, səhhətindəki problemlər onu kövrəltsə də, ümidini əlindən almayıb. Dünyasını qaraldan buludların tezliklə çəkilməsi məqsədilə xəstaxanaya yerləşdirilib müğənni xanım. Xalqın sevilən sənətkarı Kəmalə xanım təzyiq artması ilə görmənin sürətlə zəifləməsi və şəkər xəstəliyi diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunur. 17 ildir ki, şəkər xəstəliyindən əziyyət çəkən sənətkar artıq bir neçə gündür ki, xəstəxanada həkimlərin nəzarəti altındadır. Lakin yüksək qan təzyiqi ilə yaşayan sənətkarın getdikcə gözləri də tutulmağa başlayıb. Ancaq müğənni bütün bunlara baxmayaraq tezliklə səhnəyə qayıdacağı ümidilə yaşayır.
Əməkdar artist, Kəmalə Rəhimli: "Hamı deyir şəkər xəstəliyi həyat tərzidir, ancaq belə həyat tərzi olar?”
Sənətkar onu da bildirdi ki, bu günlərdə xəstaxənada tək qalmayıb. Millət vəkilləri, bir sıra sənət yoldaşları onu ziyarət edərək tezliklə evə qayıtmasını arzulayıblar. Lakin əməkdar artistin sol gözünün görmə qabiliyyəti cəmi 2%-dir, sağ gözü isə tamamən görmə qabiliyyətini itirib. Sənətkarın müayinə və müalicəsini öz üzərinə götürən həkim Aytən Babakişiyeva deyir ki, Kəmalə xanımın gözünün əməliyyat olunması nəzərdə tutulub, məhz buna görə də xəstə evə buraxılmır.
Bundan başqa, həkim onu da bildirdi ki, sənətkar tezliklə əməliyyat olunub evə buraxılacaq.
İnşallah, səsiniz tezliklə xəstəxana palatasında deyil, konsert salonlarından gələr.
banner

Oxşar Xəbərlər