• cümə axşamı, 25 aprel, 11:11
  • Baku Bakı 14°C

Tanınmış meyxanaçı ağır qəzaya düşdü - Qolu sındı

07.06.16 10:14 1472
Tanınmış meyxanaçı ağır qəzaya düşdü - Qolu sındı
Tanınmış meyxana ustası Rəşad Dağlı Hacıqabulda qəzaya uğrayıb
APA-nın məlumatına görə, səhər saatlarında Bakı-Qazax yolunun Hacıqabul şəhəri ərazisində baş verən yol qəzasında 2 nəfər xəsarət alıb.
"Toyota Prado” markalı "10 KC 011" dövlət nömrə nişanlı avtomobil beton dirəyə çırpılaraq aşıb.
Nəticədə avtomobildə olan meyxana ustası Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu (Rəşad Dağlı) və Bülbülə sakini, 1985-ci il təvəllüdlü Hüseynov Nicat Adil oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.
Xəstəxanadan APA-ya verilən məlumata görə, Rəşad Dağlının qolu sınıb. Onun həyatına təhlükə olmadığı bildirilir.
Faktla bağlı BDYPİ-də araşdırma aparılır.
banner

Oxşar Xəbərlər