• cümə, 29 Mart, 03:38
  • Baku Bakı 7°C

Tanınmış jurnalist dünyasını dəyişib

18.01.14 08:39 1238
Tanınmış jurnalist dünyasını dəyişib
ANS Press xəbər verir ki, iki həftədir xəstəxanada müalicə olunan jurnalist, səhər saat 4 radələrində dünyasını dəyişib.
Onun ürək çatışmazlığından vəfat etdiyi bildirilir.
Yas mərasimi jurnalistin atasının evində - Xırdalanda olacaq. Mərhum bu gün təxminən saat 13:00-da torpağa tapşırılacaq.
Əsasən, maqazin yazıları ilə məşhurlaşan Elşad Ümid özü də yaradıcılıqla məşğul olurdu. Onun musiqi albomu və bir neçə müğənni ilə duetləri də var idi.
Elşad Ümid 1978-ci ildə doğulmuşdu.
Allah rəhmət eləsin.
banner

Oxşar Xəbərlər